“Liverpul” “Roma”nı sındıra biləcəkmi?

0
671

Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanı başlayır. Bu gün mərhələnin ilk oyunu keçiriləcək. Sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Liverpul”la “Roma” final yolunda ilk duelə çıxacaq. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri “Mançester Siti” və “Barselona”nı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bir çox məqamla diqqət çəkir. “Qırmızılar”ın qol “silahı” Məhəmməd Salah sabiq klubuna rəqib olacaq.

ÇL tarixinin ən uğurlu komandalarından sayılan “Liverpul” 10 ildən sonra yarımfinal həyəcanı yaşayacaqsa, “Roma” buna qədər birinci və sonuncu dəfə 1984-cü ildə bu mərhələdə çıxış etmişdi. Maraqlıdı ki, həmin vaxt finalda məhz bu iki komanda qarşılaşmış və Romadakı görüşdə penaltilər seriyasındakı dəqiqlik hesabına ingilislər kuboku qazanmışdılar.

İtalyanlar səfərə iki futbolçu – Qreqorye Defrel və Rik Karsdorpsuz yollanıb. Yurgen Kloppun komandasında itki daha çoxdu. Belə ki, Natanyel Klayn, Joel Matip, Adam Lallana və Əmrə Can bir müddətdi komandaya kömək edə bilmirlər.

Çempionlar Liqası

Yarımfinal (ilk oyun)

 

24 aprel

22:45. “Liverpul” (İngiltərə) – “Roma” (İtaliya)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu

Apasport

BIR CAVAB BURAXIN