Çempionlar Liqasında V tura start verilib. Arazinfo.com-unApasport.az-a istinadən məlumatına görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atıblar.
Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnib. Artıq ilk iki yerdən birini təmin edən PSJ, “Bavariya”, “Mançester Siti” və “Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdi.
E qrupunda növbəti mərəhləyə vəsiqənin sahibləri son turda bəlli olacaq. Buna səbəb hər iki oyunda heç-heçə qeydə alınmasıdır.
F qrupunda “Şaxtyor” 1/8 finala yüksəlmək şansını əldən verib. Ukrayna təmsilçisi “Napoli”yə 0:3 hesabı ilə məğlub olub və şansı son tura saxlayıb. Bunun üçün son turda doğma meydanda “Mançester Siti”yə uduzmamaq lazımdı.
G qrupunda “Beşiktaş” “Porto” uduzmayaraq 1-ci yerlə 1/8 finala yüksəlib. Digər vəsiqənin sahibinə isə son turda aydınlıq gələcək.
“Real” H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olub. “Kral klubu”na bunun üçün APOEL səfərindən qələbə ilə dönmək bəs edib.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
21 noyabr
E qrupu
“Spartak” (Rusiya) – “Maribor” (Sloveniya) – 1:1
Qollar: Ze Luis, 82 – Mesanoviç, 90+2
“Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:3
Qollar: Ben Yedder, 51, 60 (pen.), Pizarro, 90+2 – Firimino, 2, 30, Mane, 22
1. | Liverpul | 5 | 2 | 3 | 0 | 16:6 | 9 |
2. | Sevilya | 5 | 2 | 2 | 1 | 11:11 | 8 |
3. | Spartak | 5 | 1 | 3 | 1 | 9:6 | 6 |
4. | Maribor | 5 | 0 | 2 | 3 | 2:15 | 2 |
F qrupu
“Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Hollandiya) – 1:0
Qol: Sterlinq, 88
“Napoli” (İtaliya) – “Şaxtyor” (Ukrayna) – 3:0
Qollar: İnsinye, 56, Zielinski, 81, Mertens, 83
1. | Mançester Siti | 5 | 5 | 0 | 0 | 13:3 | 15 |
2. | Şaxtyor | 5 | 3 | 0 | 2 | 7:8 | 9 |
3. | Napoli | 5 | 2 | 0 | 3 | 10:9 | 6 |
4. | Feyenord | 5 | 0 | 0 | 5 | 3:13 | 0 |
G qrupu
“Beşiktaş” (Türkiyə) – “Porto” (Portuqaliya) – 1:1
Qollar: Talişka, 41 – Felipe, 29
“Monako” (Fransa) – “Leypsiq” (Almaniya) – 1:4
Qollar: Falkao, 43 – Cemerson, 6, Verner, 9, 31, Keyta, 45+1
1. | Beşiktaş | 5 | 3 | 2 | 0 | 9:4 | 11 |
2. | Porto | 5 | 2 | 1 | 2 | 10:8 | 7 |
3. | Leypziq | 5 | 2 | 1 | 2 | 9:9 | 7 |
4. | Monako | 5 | 0 | 2 | 3 | 4:11 | 2 |
H qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) – 1:2
Qollar: Obameyanq, 31 – Keyn, 49, Son, 76
APOEL (Kipr) – “Real” (İspaniya) – 0:6
Qollar: Modriç, 23, Benzema, 39, 45+1, Naço, 41, Ronaldo, 49, 54
1. | Tottenhem | 5 | 4 | 1 | 0 | 12:4 | 13 |
2. | Real Madrid | 5 | 3 | 1 | 1 | 14:5 | 10 |
3. | Borussiya D. | 5 | 0 | 2 | 3 | 5:10 | 2 |
4. | APOEL | 5 | 0 | 2 | 3 | 2:14 | 2 |