Fransanın “Lion” futbol klubunun prezidenti Jan Mişel Olyas hücumçu Aleksandr Lakazetteni satmaq barədə çoxlu təkliflir aldıqlarını söyləyib. Onun sözlərinə görə, hətta İngiltərənin “Vest Hem Yunayted” komandası Aleksandr Lyazkett üçün 50 milyon avro təklif edib. Jan Mişel Olyas: ” Biz “Vest Hem Yunayted”in bu təklifini qəbul etmədik. Çünki Lyazkett komandamız üçün çox dəyərli oyunçudur. Buna baxmayaraq ingilis klubu Aleksandr Lakazette üçün hətta 55-60 milyon avro təklif edərək onun transferinə razılıq verməyimizdə israr etdilər. Ancaq biz nəinki 70, hətta 80 milyon avroya belə Lyazketti satmaq niyyətində deyilik. Ona görə ki, biz maliyyə baxımından hansısa oyunçunun satılmasından asılı deyilik. Biz güclü klubuq və Lyazkettlə komandamız daha böyük uğurlara imza atmaq niyyətindədir”,-deyib.
Qeyd edək ki, Aleksandr Lakazette “Lion”un öz yetirməsidir. 25 yaşlı hücumçu 2010-cu ildən “Lion”un əsas heyətində çıxış edir. Aleksandr Lakazette 2013-cü ildən Fransa yığmasının şərəfini qoruyur.