Leverkuzendə alman-ingilis dueli

0
697

Bu gün Çempionlar Liqasında (ÇL) III turun oyunları keçiriləcək.

 

Ilk oyun günündə E, F, G və H qruplarındakı komandalar meydana çıxacaqlar.

 

E qrupunun lideri “Monako” autsayder MOİK-lə səfərdə üz-üzə gələcək. Fransızlar liderliyi bir qədər də möhkəmlətmək barədə düşünürlərsə, Rusiya təmsilçisi növbəti mərhələ şanslarını qorumaq üçün rəqibdən xal almağa çalışacaq. Qrupun əsas favoritləri hesab edilən “Bayer”lə “Tottenhem” Leverkuzendə münasibətlərinə aydınlıq gətirəcək.

 

Madrid “Real”ını bu tur asan oyun gözləyir. Aşkar autsayder “Legiya”nı “Santyaqo Bernabeu”da qəbul edəcək “kral klubu”nun xal itkisi sadəcə, möcüzə olar. “Real”dan fərqli olaraq Dortmund “Borussiya”sı Portuqaliayada “Sportinq”lə üz-üzə gələcək.

 

G qrupunda itkisiz irəliləyən “Lester” sürpriz komanda “Kopenhagen”lə qarşılaşacaq. İngiltərə çempionu daha bir qələbə ilə növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edə bilər. “Brügge” – “Porto” matçında meydan sahibləri ilk xalını, qonaqlar isə ilk qələbəsini qazanmağa çalışacaq.

 

Günün ən maraqlı oyunlarından biri də Fransada baş tutacaq. Qrupdan çıxmağı hədəfləyən “Lion” güclü “Yuventus”u qəbul edəcək. Daha bir iddialı komanda “Sevilya” isə Zaqrebdə xal üzünə həsrət olan “Dinamo”nun qonağı olacaq.

BIR CAVAB BURAXIN