
Yaponiya xarici işlər nazirliyi Rusiya xarici ciyasət idarəsinin rəhbəri Sergey Lavrovun Tokioyo gözlənilən səfəri ilə bağılı “Sankei” qəzetində gedən xəbəri təkzib edib.
Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat yayan Yaponiya Xarici işlər nazirliyinin mətbuat xidməti bildirib ki, Sergey Lavrovun yaxın zamanlarda Tokioya hər hansı səfəri gözlənilmir: “Sergey Lavrovun mart və ya aprel ayında Tokioya səfəri barədə tərəflər arasında hər hansı razilaşma yoxdur. Ancaq Yaponiya Xarici içlər naziri Kono ilə həmkarı Lavrov arasında müxtəlif beynəlxalq konfranslarda, o cümlədən Münhen beynəlxalq təhlükəsizlik konfransında görüş keçirilə biləcəyi istisna edilimr”.