Latınamerika parlamenti Venesuelaya hərbi müdaxiləyə qarşı çıxıb

0
596

Latınamerika ölkələri parlamenti (PARLATİNO) Venesuelaya xaricdən istənilən hərbi müdaxilənin əleyhinə çıxıblar.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, PARLATİNO-ya üzv 23 ölkə liderləri Venesuela probleminin yalnız ölkə daxilindəki qüvvələr arasında dialoq vasitəsi ilə aradan qaldırılmasına tərəfdar olduqlarını və bu ölkəyə qarçı istənilən xarici müdaxilənin əleyhinə çıxdıqlarını bəyan ediblər. Onlar hakimiyyətdə olan Maduro və müxalifət lideri Quaidonu problemi həll etmək üçün dialoqa çağırıblar. PARLATİNO-nun Venesuelada qarşı duran tərəflərə dialoq müraciəti bu gün EFe agentliyi tərəfindən yayılıb.

Xatıraldaq ki, prezident Maduro müxalifətlə dialoqa hazır olduğunu bəyan edib. Lakin özünü müvəqqəti prezident elan edən Quaido bunu qarşı tərəfin vaxtudma cəhdi kimi dəyərləndirərək Maduro ilə dialoqa başlamaqdan imtina edib.