Laçın rayonu 1930- cu ildə İnzibati ərazi vahidindi statusu alıb

0
1525

Laçın rayonu 1930- cu ildə İnzibati ərazi vahidindi statusu alıb.

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən  filiz, qeyri-filiz və inşaat materialları yataqları, civə,  və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Laçın rayonu 18 may 1992-ci ildə Erməni işğalçıları tərəfindən işğal olunmuş və  İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmışdır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub.Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır.İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb.300- dən artıq hərbi və mülki şəxs həlak olmuş  və itkin düşmüşdür.Rayonun əhalisi 79,1 min nəfər olmaqla pespublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdı.

Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyənata əsasən, 2020 – ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd,Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.2022 – ci ilin avqustun 26 – da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Cari ilin 14 fevral və 16 avqust tarixlərində Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı cənab İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova