Misirin paytaxtı Qahirənin yaxınlığında, məşhur “Ehramlar vadisi”nin olduğu Gizada fironların ehramlarının inşaatında çalışmış fəhlələrin dəfn olunduqları “Lənətlənmiş sərdabə” turistlər üçün açıq elan olunub.
Milli.Az CNN-ə istinadən bildirir ki, “lənətlənmiş sərdabə” adlanan sərdabələr və məqbərələr kompleksi qullar, kölələr və fəhlələrin dəfn olunduğu məzarlardan ibarətdir.
4500 il yaşı olan bu kompleks “Tayfa dağı”nın yanında, Gizadakı ehramların həndəvərindədir. 30 il əvvəl misirli arxeoloqların apardıqları qazıntı işləri zamanı aşkarlanmış kompleksi minillər boyu “lənətlənmiş” sayıblar.
Alimlərin dediklərinə görə, ehramların inşasına rəhbərlik edən şəxs fəhlələrin və qulların məzarlarının olduğu yerin divarlarına lənətlər yazdırmağı əmr etdirmişdi. Onun fikrincə, lənətlər Şər ruhların məzarlara girməsinin qarşısını alacaqdı.
“Bu məzarların olduğu sərdabələrə girənlər, pislik etmək istəyənlər bilməlidir ki, suda timsahlar, quruda ilanlar düşmən kəsiləcək. Hipopotamlar onlara divan tutacaq, əqrəblər onları sancacaqlar”, – lənətlərdən birində yazılıb.
Giza Tarixi İrs Qoruğunun direktoru Əşrəf Mozinin dediyinə görə, “lənətlənmiş sərdabə” firon Hufunun oğlu Hufu Hafanın dönəmində inşa olunub.
Hufu Hafa Misiri eramızdan əvvəl 2589-2566-cı illərdə idarə edib.
“Lənətlənmiş sərdabənin yanında Misir fironlarının 6-cı nüslinin hakimiyyəti zamanında, eramızdan əvvəl 2340-cı ildə inşa olunmuş “Seşem Nefer” adlı sərdabə də var.
“Seşem Nefer”də də ehramların inşalarında çalışanlar dəfn olunub.