Kuznetsov “qədim” erməni tarixini DARMADAĞIN etdi – FAKTLAR

0
575

Erməni tarixi ilk növbədə ermənilərin özləri üçün yeddi möhürün arxasında qalmış sirdir. İndi erməni xalqı Ermənistan SSR-in Elmlər Akademiyasının strukturundakı Tarix İnstitutunun Tarix və Ermənişünaslıq İnstitutuna çevrildiyi, Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Sovet Ermənistanının Türkiyəyə qarşı ərazi iddialarını təyin etmək üçün Çiçernakaberd memorialının inşasına qərar verdiyi 1962-ci ildən başlayaraq, Sovet Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici İşlər İdarəsinin göstərişi ilə məqsədyönlü şəkildə yaradılan və tirajlanan yalançı elmi izahlarla, daha doğrusu, şifahi nağıllar və fərdi fikirlərlə zombiləşdirilib.

Bu sözləri Axar.az-a açıqlamasında məşhur rus tarixçi Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, həmin vaxtdan Osmanlı İmperiyasında “erməni soyqırımı” mövzusu SSRİ-nin Türkiyəyə qarşı ərazi iddialarının ideoloji konsepsiyası kimi süni şəkildə işlənməyə başlandı. Başqa sözlə desək, həmin vaxtdan etibarən Sovet İttifaqının Ön Asiya və Yaxın Şərqdə geosiyasi ekspansiyasının aləti olması nəzərdə tutulan tamamilə yeni bir erməni nəsli formalaşmağa başladı. Bu məsələnin ideoloji əsası olaraq “Böyük Ermənistan” mövzusunun və Türkiyədəki ermənilərin milli azadlıq hərəkatının təbliğatına start verildi.

Eyni zamanda, Osmanlı İmperiyasında yaranan və bir neçə əsr boyu mövcud olan erməni-qriqorian kilsəsinin oynadığı rol ermənilərin “yeni” tarixindən bolşevizmin ideoloji stereotiplərinə uyğun olaraq diqqətlə götürülüb.

Ermənilər 1917-ci ilə qədər erməni-qriqorian kilsə icması iştirakçılarının məcmusu hesab olunurdular və yalnız bolşeviklər dövründə onlardan kilsə mənsubiyyəti deyil, dil ümumiliyi əsasında süni şəkildə vahid xalq düzəldilməyə başlandı. Osmanlı ermənilərinin bir hissəsinin Zaqafqaziyada yerləşdirilməsindən, ərazinin Rusiyaya birləşdirilməsindən sonra bu cür dövlət yerləşdirmə təcrübəsi onun imperiya dövrünün qanunvericiliyində də mövcud idi.

Ədalət naminə deyək ki, daşnaklar bu prosesə XX əsrin lap əvvəlində başlamışdılar, bolşeviklər isə sadəcə bu prosesi başa çatdırdılar. Lakin bu, fakt olaraq qalır: ermənilər yalnız 1960-cı illərin sonunda dil, yazı və mədəniyyət ümumiliyinə əsaslanan vahid etnosa çevrildilər. Buna qədər onlar hələ də özlərində orta əsrlərin dindar millətinin ibtidai xüsusiyyətlərini saxlayırdılar və yalnız sovet hakimiyyəti sayəsində siyasi xalq xüsusiyyətlərinə yiyələndilər”, – tarixçi bildirib.

Onun sözlərinə görə, bu proses bolşeviklərin “xalqların öz müqəddəratını təyin etmə” nəzəriyyəsinə tamamilə uyğun idi və NATO-nun cənub cinahı kimi Türkiyənin zəiflədilməsinə hesablanmışdı. 1960-cı illərin ortalarında E.M. Primakovun təqdimatı ilə NATO ilə (daha doğrusu Türkiyə və İsraillə) mübarizə doktrinası həyata keçirilirdi. Belə ki, bu dövlətlərə qarşı mübarizədə erməni, kürd və Fələstin erməniləri kimi marginal xalqlardan istifadə olunmalı, onlar isə “Moskit müharibəsi” aparmalı idi. Yekunda isə sözügedən dövlətlər SSRİ və onun Varşava müqaviləsi ilə müttəfiqlərinə təhdid yarada bilməyəcəkdilər. Bu strategiyasının əks-sədasını hələ də görürük, lakin indi onlar nəinki kömək edir, hətta Rusiyanın sözügedən regionda geosiyasi iştirakını gücləndirməsinə əngəl törədir.

“Buna görə də müasir ermənilər sakit şəkildə üçüncü ölkələrin və siyasi güclərin maraqlarına görə yaradılmış öz tarixlərini yenidən nəzərdən keçirməyə başlamalıdılar. Onlar artıq öz talelərinin yaradıcısı deyil, sadəcə özgələrinin məkrli planlarının reallaşdırılmasında alət olduqlarını anlamalıdırlar. Əgər onlar əsrlər boyu kimlər tərəfindən necə istifadə olunduqlarını anlamasa və özlərinə başqa tale seçməsələr, mütəmadi olaraq dəyişən sahiblərin əlində birdəfəlik istifadə olunan xalq kimi də qalacaqlar”, – Kuznetsov bildirib.

Arazinfo.com