Arazinfo.com azvision.az-a istinadən xəbər verir ki, artıq 13 gündür küçələrə axışan türkmənlər seçki qutularındakı səslərini heç kimin oğurlamağa haqqının çatmadığını və tapdanmış hüquqları bərpa edilməyənədək aksiyaları dayandırmayacaqlarını bəyan ediblər.
Türkməneli Partiyası siyasi bürosunun üzvü Əli Müftü isə deyib ki, “türkmənlərin hökumət və yeni parlamentdə iştirak etməsi olduqca vacibdir və onların iradəsi nəzərdə tutulmadan Bağdadda qurulacaq hökumət qanuni ola bilməcək”.
Xatırladaq ki, İraqda parlament seçkiləri mayın 12-də keçirilib. Türkmənlər yaşadıqları bölgələrdəki seçki məntəqələrində verdikləri səslərin kürd partiyalarının adına yazılaraq, seçki nəticələrinin saxtalaşdırıldığını bildirirlər. Kərkükdəki etirazlara son qoymaq üçün İraqın baş naziri Heydər İbadi türkmənlərin yaşadığı yerlərdə səslərin əllə yenidən hesablanmasını təklif edib. Lakin İraq qanunlarına görə, bunun üçün İraq Ali Seçki Komissarlığı müvafiq qərar verməlidir. Komissarlıq isə hələ ki, baş nazirin təklifini qiymətləndirmir.