Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurası “KTMT-nın baş katibi haqqında” qərar layihəsini bəyənib və sənədləri razılıqlarını almaq üçün qurumun üzv dövlətlərinə göndərib.
Bu barədə Rusarminfo məlumat yayıb.
KTMT-nın mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, qərar layihəsində təşkilatın növbəti baş katibi olacaq ölkə razılaşdırılıb: “Bu, Ermənistandır. Həmçinin o da razılaşdırılıb ki, yeni baş katib üç il müddətinə seçiləcək”.
Onun sözlərinə görə, qərar layihəsinə KTMT-ya üzv ölkələrin prezidentləri tərəfindən təşkilatın 2017-ci ilin aprelində keçiriləcək növbəti sammitində baxılacaq və əgər onlar layihəni təsdiq etsələr, yeni baş katib təyin ediləcək.
Xatırladaq ki, əvvəlki iki sammitdə bu məsələ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin və Belarus lideri Aleksandr Lukaşenkonun tədbirə qatılmamaları üzündən həll olunmamışdı.
Virtualaz.org