KTMT generalı İrəvanda: Qılınc çəkəsi deyilik!

0
567

KTMT missiyası maksimum dərəcədə obyektiv olmağa çalışacaq. Hansısa nəticədən danışmaq hələ tezdir.

Arazinfo.com xəbər verir ki, bu sözləri KTMT-nin Ermənistanda araşdırma aparan missiya qrupunun rəhbəri general-polkovnik Anatoli Sidorov deyib.

“Bu günün əsas tapşırığı o idi ki, toqquşmaların baş verdiyi ərazidə, yerlərdə – atəşə məruz qalmış ərazilər, yaşayış məntəqələri, erməni tərəfinin bölmələrinin mövqeləri… – olaq. Maksimum obyektiv olmağa çalışırıq, ona görə də faktla işləyirik”, – o bildirib.

General qeyd edib ki, KTMT Ermənistan-Azərbaycan, o cümlədən Qırğızıstan-Tacikistan sərhədindəki gərginlikləri sülh yolu ilə həll etməyə çalışır:

“Bizim nizamnamədə, sənədlərdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsində siyasi-diplomatik metodlar prioritet olaraq götürülüb. Buna görə də biz heç də ”qılıncı qınından çıxarmırıq”, məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Düşünürəm ki, bu istiqamətdə işin həm burada, həm də Mərkəzi Asiya regionunda böyük perspektivləri var”

Qeyd edək ki, KTMT missiyası bu gün Azərbaycanla sərhəddə monitorinq keçirib.