Rusiya, Türkiyə və İran prezidentləri Soçidə bütün Suriya gündəliyini müzakirə edəcəklər. Arazinfo.com-un “Yeniavaz.com“a istinadən verdiyi məlumata görə bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, bunlar qarant ölkələrdir: “Buna görə də onlar Suriya nizamlanmasını müzakirə edəcəklər. D. Peskov qeyd edib ki, görüşün yekunu üzrə bəyanatın qəbul edilib-edilməyəcəyi barədə hələ məlumatı yoxdur. Xatırladaq ki, prezidentlərin üçtərəfli görüşü noyabrın 22-də baş tutacaq