Kreml Qərbin söz azadlığından öz maraqları üçün yararlanır

0
751

Kreml Qərbin söz azadlığından öz maraqları üçün yararlanır

Qərb ekspertlərinin fikrincə, təbliğatçı KİV-lərin xaricdən maliyyələşdirilməsi qnunvericilik yolu ilə məhdudlaşdırmaq, ancaq demokratik dəyərlərə inama xələl gətirməmək üçün ehtiyatlı davranmaq lazımdır.

“Rusiya Suriyada kaset bombalarından istifadə etmir”, “Estoniyada rus soyadlarından istifadə qadağandır”, “ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael McFaul bildirib ki, ABŞ Rusiyanı idarə etməlidir”.

Bunlar Rusiya KİV-lərində dərc olunan xəbər başlıqlarının yalnız kiçik bir hissəsidir. Avropa və Amerika siyasətçiləri, eləcə də ekspertlər əmindirlər ki, Rusiya mediası paralel reallıq yaradır və Qərb ölkələrində ictimai rəyə təsir göstərməyə çalışır.

“Kreml… ABŞ hökumətinə inamı sarsıtmaq istəyir”

McCain İnstitutundan David Kramer-in fikrincə, Kreml Qərbdəki söz azadlığından öz maraqları üçün yararlanaraq, ABŞ hökumətinə inamı sarsıtmaq istəyir.

Russia Today

Russia Today

“Məsələn, “Russia Today”in ABŞ-dakı əməkdaşları, adətən, jurnalistlərlə ABŞ dövlət qurumlarının mətbuat katibləri arasındakı dialoqun bir hissəsi olmağa çalışır və insanların şüuruna şübhə toxumu səpməyə cəhd edirlər. Guya, hökumət həqiqəti demir və guya, hansısa başqa bir həqiqət var. Biz “Amerikanın Səsi”, AzadlıqRadiosu, “New York Times”, yaxud “Washington Post” kimi əsl jurnalistlərlə “Russia Today”“Sputnik”də işləyən insanlar arasında sərhəd qoymalıyıq”, – Kramer belə deyir.

“Rusiya təbliğatı Avropa Birliyinə təhlükədir”

Atlantik okeanının o biri tayında təbliğat və dezinformasiyaya dirəniş strategiyasını gerçəkləşdirməyə başlayırlar. Avropa Parlamentinin noyabrın sonunda qəbul etdiyi qətnamədə deyilir ki, Rusiya təbliğatı Avropa Biriliyinə (AB-yə) təhlükədir və “həqiqəti təhqif etməyə, Birlik ölkələri arasında nifaq toxumu səpməyə, AB və onun Şimali Atlantik tərəfdaşları arasındakı strateji birliyi zəiflətməyə can atır”.

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov bildirir:

Daniel Mitov

Daniel Mitov

“Biz bir növ “posthəqiqətlə” üzləşmişik. Avropalıların qarşısına paralel reallıq yaradan və vətəndaşların nəyin doğru, nəyin yalan olduğunu anlamasını əngəlləyən dezinformasiya çıxarılır…Bizim səylərimiz belə mənbələri müəyyənləşdirməyə, insanların onlara şübhə etməsinə yönəldilməlidir. Üstəlik, qəti bildirməliyik ki, söz azadlığından sabitliyi pozmaq üçün istifadə edilə bilməz”.

Ukraynada sözdən əmələ keçiblər

Buradakı jurnalistlər Rusiyanın Ukrayna ilə bağlı təbliğatının yaratdığı mifləri -uydurmaları dağıtmaqla məşğul olan resurs yaradıblar.

“Ukrayna ilə bağlı təbliğat onun qabiliyyətsiz dövlət olmasını göstərməyə yönəlib. Xəbərlərdə Ukraynanın idarəçilik sahəsində üzləşdiyi çətinliklərdən, ölkənin müxtəlif hissələrinin, guya, əsas dövlətdən ayrılmasından, muxtariyyətlərdən söz açılır… Sonradan bütün bu xəbərlər təsdiqini tapmır. Onlar hansısa faşist və benderçilər barədə xəbərlərlə ukraynalıları qeyri-humanist tonlarda qələmə verməyə çalışırlar”, – “Stop Fake” kampaniyasının həmtəsisçisi Margo Gontar “Amerikanın Səsi”nə belə deyib.

Moska, Anti müharibə marşı,21 sentyabr 2014

Moska, Anti müharibə marşı,21 sentyabr 2014

Demokratik dəyərlərə xələl gətirməmək üçün…

Qərb ekspertlərinin fikrincə, belə KİV-lərin xaricdən maliyyələşdirilməsi qnunvericilik yolu ilə məhdudlaşdırılmalıdır. Ancaq demokratik dəyərlərə inama xələl gətirməmək üçün ehtiyatlı davranmaq lazımdır. Söz azadlığı bu dəyərlərdən biridir.

Qaynar mövzu

  • .”>

    Azərbaycanda insan haqları...

    Azərbaycanın öz ‘Maqnitski siyahısı’ olacaq?

    Kompensasiya ödənmədən vətəndaşın zorla evindən çıxarılması, heykələ şüar yazmaq üstündə 10 il həbs, polis işgəncələri…

Günün bütün mövzuları

  • İstanbulda partlayış- 13 nəfər ölüb

  • İstanbulda yenə partlayış olub- 13 ölü

  • Məhbuslar üçün məktub marafonu Praqada davam edib

  • Siyasi məhbuslara belə dəstək oldular-

  • Keçmiş polis rəisi “Elə söz-söhbətə görə, arvadımı boşadım” deyir

  • Siyasi məhbuslara belə dəstək oldular

  • Məhbuslar üçün məktub marafonu Praqada davam edib

  • Kreml Qərbin söz azadlığından öz maraqları üçün yararlanır

  • Türkiyədə prezident seçkisi 2019-cu ilin noyabrında keçiriləcək

  • Məsafə

  • Gürcüstan avtomobillərə vergini artırır

  • Avropa Birliyi 321 milyon avroluq binasını təqdim edir

  • ABŞ Raqqanın azad olunmasına 200 hərbçi göndərir

  • Əli Əhmədov Minsk qrupu haqda bunları deyir

  • İlqar Məmmədovla bağlı Azərbaycana xəbərdarlıq olundu

  • Bolqarıstanda yanacaq daşıyan qatar aşıb, ölənlər var

  • İndoneziyada adamları evlərini tərk edir

  • Ekspert: ‘Yerli icra hakimiyyətləri ləğv edilməlidir’

  • Köç vaxtı Hələbdə yüzlərlə adam itkin düşüb

  • Bakıda hava çiskinli, bölgələrdə yağıntılı olacaq

  • Maliyyə sabitliyinin 2025-ci ilədək təmin ediləcəyi deyilir

  • Bakıda hərəkət məhdudlaşdırılacaq

  • Avropanın ‘Oscar’ mükafatları təqdim olunacaq

  • Dəm qazı 1 can aldı, 4 nəfəri xəstəxanalıq etdi

  • İŞİD Palmiranı yenidən ələ keçirmək istəyir

  • “Human Rights Watch” un Özbəkistanın yeni prezidentindən umduqları

  • Nigeriyadakı terrorda 50-dən çox adam ölüb

  • 68 il öncə

  • Qiymət artımına ‘yaşıl işıq’ yandıran kimdir?

  • Atəşkəs 43 dəfə pozulub

BIR CAVAB BURAXIN