“Kreml İrəvanı aldatdı”

0
731

Rusiyanın baş naziri  Dmitri Medvedev və müavini Dmitri Roqozin RusiyanınErmənistan  siyasətini böyük səylə məhv etdilər. İndi Ermənistanda Rusiya ilə bağlı dərin məyusluq hissi var”. ANS PRESS-in “lragir.am” saytına istinadla verdiyi  məlumata görə, bu sözləri  Kremlin qeyri-rəsmi sözçüsü Modest Kolerov deyib.

“Ermənilər dördgünlük müharibədən sonra başa düşdülər ki, Rusiya Ermənistanla müttəfiq deyil”.

O bildirib ki, Moskva İrəvanı müttəfiq olduqlarına inandırmaq istəyir.

“Medvedev və Roqozinin səyləri  Rusiya-Ermənistan münasibətlərini məhv etdi. Ona görə də tank hədiyyə edir, ucuz qaz satmaq istəyir.  Bununla da Ermənistanda  əhval-ruhiyyəni dəyişmək istəyir. Amma bu addımlar ermənilərin gözlərini açdı. Ermənistan Rusiya siyasətinin əsl mahiyyətini dərk etməyə başladı”, – deyə Kolerov bildirib.

Modest Kolerov deyib ki, Ermənistan və Azərbaycan arasında 4 gün davam edən gərginlik zamanı rəsmi Moskvanın İrəvana kömək etməməsi ermənilər arasında birmənalı qarşılanmayıb. Artıq ermənilər  Rusiyaya qarşı “xəyanət”, “inciklik” və digər bu kimi ifadələr istifadə edirlər. Ermənilər dördgünlük müharibədən sonra başa düşdülər ki, Rusiya Ermənistanla müttəfiq deyil.

Qeyri-rəsmi sözçü Azərbaycanın Rusiya üçün Ermənistandan daha əhəmiyyətli ölkə olduğunu deyib.

“Ona görə də Azərbaycanı öz tərəfinə çəkir. Son yüz il ərzində Rusiya Ermənistan ərazilərini bir neçə dəfə ixtisar edib. Rusiya Qarsı Türkiyəyə,QarabağıNaxçıvanı  Azərbaycana verib. Həmçinin Qarabağ müharibəsi zamanı Rusiya ordusu Şimali Qarabağ ərazilərindən erməni əhalisini deportasiya edib”, – deyə o bildirib.

Modest Kolerov - Kremlin qeyri-rəsmi sözçüsü

Modest Kolerov – Kremlin qeyri-rəsmi sözçüsü

Aprelin əvvəlində Azərbaycan ordusu Ermənistan təxribatına qarşı cavab tədbirləri həyata keçirərkən rəsmi Moskva İrəvana qarşı açıq dəstək nümayiş etdirmədi. Yalnız hər iki tərəfi atəşkəsə riayət etməyə çağırdı.

Ermənilər Roqozini “persona non qrata” etmək istəyir

Həmçinin Rusiyanın baş naziri Dmitri Medvedev  tərəflər arasında ayrı-seçkilik etməyərək hər iki ölkəyə rəsmi səfərə getdi. Erməniləri ən çox əsəbiləşdirən isə Rusiyanın Azərbaycana satdığı silahlarla ölmələridir. Həm rəsmi İrəvan, həm də yerli əhali Rusiyanın bu addımını kəskin formada qınayırlar.

Aprelin 8-də  Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana silah satışı ilə bağlı açıqlaması erməniləri daha da hiddətləndirdi. Roqozin bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək.

Dmitri Roqozin - Rusiyanın baş nazirinin müavini

Dmitri Roqozin – Rusiyanın baş nazirinin müavini

Roqozin ölkəsinə qayıdandan sonra da erməniləri qıcıqlandıran açıqlamalar verməyə davam etdi. O deyib ki, Bakı səfərindən sonra Ermənistanda dəhşətli demaqogiya başlayıb. “Ad çəkmək istəmirəm, amma vətəndaşlar özlərini çox pis apardılar. Müharibə silah tələb edir, əliyalın uşaq yox. Odur ki, Rusiya Azərbaycana silah satır”, – deyə Roqozin əlavə edib.

Həmin vaxt Roqozini Ermənistanda “persona non-qrata”(arzuolunmaz şəxs) elan etmək istəyiblər. Bütün bunlarla yanaşı Rusiyanın Ermənistana dəstək verməməsi İrəvanda mitinqlərə səbəb olmuşdu.

BIR CAVAB BURAXIN