KQB NATO baş katibini necə ələ almaq istəyib?

0
620

hazırda NATO-nun baş katibi vəzifəsini tutan Yens Stoltonberqi ələ almağa çalışıbmış.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Stoltonberq müəllifi olduğu «Mənim tarixim» kitabında yazıb.

Kitabda Stoltonberq KQB-nin onu ələ almaq planından bəhs edib: «1970-ci illərin sonlarında SSRİ-nin Oslodakı əməkdaşları ilə təmas qururdum. 80-ci illərdə isə mədəniyyət məsələləri üzrə attaşe Boris Kirillovla bir neçə dəfə ünsiyyətim olmuşdu. Kirillovla Stortorved meydanındakı milli yeməklərin verildiyi restoranda görüşüb nahar eləmişdik, siyasətdən danışmışdıq. Zamanla məlum oldu ki, səfirliyin əməkdaşı casusdur və onun əsas vəzifəsi norveçli siyasətçiləri ələ almaqdır. Sonradan bildim ki, KQB-də mənim də məsələm müzakirə olunub və hətta mənə kod adı da veriblər – Steklov».

Stoltonberq yazır ki, 90-cı illərdə Norveç rəhbərliyinin istəyi əsasında Kirillovla görüşməli və onun KQB-dən ayrıla bilib-bilməyəcəyini öyrənməli idi: «Ona deyəcəkdim ki, Norveç təhlükəsiz ölkədir və burada ona yaxşı baxacaqlar. Bu vəzifəni yerinə yetirərkən özümü casus romanının personajı kimi hiss edirdim. Lakin Kirillovu bir daha görə bilməmişdim».

BIR CAVAB BURAXIN