Korrupsiya İdarəsinin rəhbərinin evindən 140 milyon dollar çıxdı

0
592

Rusiyada son illərin ən böyük korrupsiya faktı üzə çıxıb.

 

Rusiyanın Daxili İşlər Nazirliyinin iqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə İdarəsinin rəis müavini Dmitri Zakarçenkonun evində aparılan əməliyyat axtarışı nəticəsində 140 milyon ABŞ dolları vəsait aşkar olunub.

 

Nağd olan 140 milyon dollar vəsaitin korrupsiya yolu ilə əldə edildiyi üzə çıxıb.

 

Məlumata görə,  Dmitri Zakarçenkonun hər il ən azı 46 min dollar əlavə qazancı olurmuş. O, bu vəsaitin çox hissəsini rüşvət yolu ilə toplayıb. Onun avtomobilində aparılan yoxlama zamanı isə 224 min ASBŞ dolları aşkar edilib.

 

Moskva şəhər polisi Zakarçenkonun və yaxınlarının evində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Əməliyyat nəticəsində onun bacısının evində 50 çantanın içərisində 2 milyon avro və 120 milyon dollar və rus rublu tapıb.

 

Rusiya Baş Prokurorluğu tərəfindən Zakarçenko barəsində korrupsiya və rüşvət alma maddələri ilə cinayət işi açılıb.

Publika.az

 

BIR CAVAB BURAXIN