Böyük Britaniya Konservatorlar Partiyası ölkənin Breksitdən çıxma müddətinin başa çatmasından (2019-cu il) sonra indiki Baş nazir Tereza Meyi istefaya göndərmək niyyətindədirlər.
Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi xəbərə görə, bu barədə The Daily Telegraph qəzeti yazıb. Qəzet konservatorlara aid xidməti qeydlərə əsasən baş naziri bu vəzifədə əvəz edəcək şəxslərin siyahısını da dərc edib. Siyahıda 27 namizədin adı var və onlardan daha nüfuzlusunun Tereza Meyi əvəz edəcəyi ehtimal edilir.
Hələlik Tereza Mey partiya tərəfdaşları tərəfindən istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirməyib Qeyd edək ki, Tereza Meyin Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsində (Breksit) böyük rolu olub və o, avronun ölkəsinin də valyutası kimi qəbul edilməsinin əleyhinə çıxıb.