“Konkret addımlar üçün qərar qəbul ediləcək” – Məmmədyarov

0
613

“Prezidentin də qeyd etdiyi kimi, indiyə qədər danışıqlar bu qədər sürətli və intensiv olmayıb. Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıb: “Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz”.

“Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir. Lakin regionda gərginlik nə qədər az olarsa, Azərbaycan və Rusiya özünü daha yaxşı hiss edər”.
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
S. Lavrov qeyd edib ki, Ərdoğanın məktubundan və Çavuşoğlunun Soçi səfərindən sonra münasibətlərdə yaranan irəliləyiş ümumilikdə regiondakı münasibətlərə müsbət təsir edəcək, Suriya məsələsinin həllinə də töhfə verəcək.
“Rusiya ilə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Lakin çalışacağıq ki daha səmimi danışaq, razılaşmalarımızda səmimi olaq, BMT Qətnamələrini icra edək”, – deyə o bildirib.

“Məlum səbəblərə görə danışıqların mövzularını geniş ictimai müzakirələrə çıxarmırıq “.
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
“Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın. Əsas var ümid edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq”, – deyə o bildirib.

“Azərbaycan prezidenti ilə ətraflı və səmimi müzakirələr aparmışıq. Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır”.
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
S. Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: “Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin “Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq”.
S. Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu da qeyd edib.

Dağlıq Qarabağ üzrə danışıqların fəallaşması yaxın vaxtlarda münaqişənin həllində ciddi sıçrayışa gətirib çıxaracaq.

Bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünya liderlərinin tez-tez görüşmələri və danışıqlarının nəticəsi Ermənistan sərhədlərinin təcriddən azad edilməsi müqabilində Azərbaycan ərazilərinin işğalının dayandırılması ola bilər.

Ekspert qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad edəcək və artiq bu il ilk azərbaycanlı ailələr doğma yurdlarına qayıda biləcəklər.(Trend)

BIR CAVAB BURAXIN