Köçəryan və arvadı Xankəndinə gedib– siyasi çaxnaşma GÖLZƏNİLİR

0
652

Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanın Xankəndinə qayıtması Ermənistanın siyasi həyatında demək olar ki, canlanmaya səbəb oldu.

 

Qarabağ ermənilərinin diqqəti isə başqa bir məqama yönəlib. Belə ki, həmin ərəfdə Xankəndinin küçələrində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ailəsinə məxsus olan LX 570 markalı “LEXUS” avtomobilinin tez-tez görünməsi diqqəti daha çox cəlb etməyə başladı.

 

Modern.az erməni mənbələrinə istinadla xəbər verir ki, bununla yaxından maraqlanan şəhər əhalisinin yeni məlumatlar əldə edib.

 

Məlum olub ki, bu dəfə qara “LEXUS”la Qarabağa təkcə Robert Köçəryanın özü yox, həm də arvadı Bella Köçəryan da gəlib.

 

Uzun müddətdir ki, Qarabağda gözə dəyməyən Bella Köçəryanın birdən-birə burada peyda olması (özü də Samvel Babayanın gəlişi ərəfəsində) ondan xəbər verir ki, yaxın zamanlarda Ermənistanın siyasi həyatında hansısa dəyişikliklərin olacağı labüddür.

 

BIR CAVAB BURAXIN