ABŞ başda olmaqla koalisiya güclərinə məxsus hərbi təyyarələr Suriyanın Deyr-əz Zor əyalətinin Əş Şaaf yaşayış məntəqəsinə aviazərbələr endiriblər.
Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Al-Mayadden telekanalı məlumat yayıb. Məlumata görə, Əş Şafafa endirilən güclü aviazərbələr böyük dağıntılara yol açıb. Hələlik dağıntıların həcmi, həmçinin ölən və yaralananların dəqiq sayı məlum deyil.