Əslən Azərbaycandan olan Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə Azərbaycan çempionu, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin xeyriyyəçilik və humanizm ənənələrinə sadiq qalaraq müxtəlif kateqoriyalardan olan imkansız insanlara yardım göstərməkdə davam edir. Bu dəfə Oleq Krapivin respublikamızdan kənarda Ukraynanın ali məktəblərində təhsil alan imkansız azərbaycanlı tələbələrə yardım əli uzadıb. Oleq Krapivinin tərəfindən imkansız tələbələrə maddi, mənəvi köməklik edilb, onlara ərzaq yardımları göstərilib. Tanınmış iş adamı qeyd edib ki, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin üzləşdikləri müəyyən problemlərlə tanışdır və onların aradan qaldırılması üçün əlindən gələni edir və bundan sonra da etməyə çalışacaq. Ukraynanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr Oleq Krapivinin göstərdiyi yardımlara görə ona dərindən təşəkkür ediblər.
Şahid Öməroğlu:
-Bu çətin çətin günlərdə bizə yardım əli uzatdığına görə, öz və tələbə yoldaşlarım adından Oleq müəllimə təşəkkür edir, ona ürəkdən sağ ol deyirəm. Allah sizdən razı olsun, Oleq müəllim.
Həşimov Aslan:
-Sizə təşəkkür edirəm Oleq Andreyeviç, bizə böyük köməklik etdiniz. Allah sizi qorusun.
Qasımov Əziz:
-Hörmətli Oleq Andreyeviç, göstərdiyiniz ərzaq yardımlarına görə mənimlə yataqxanada yaşayan tələbələr adından sizə ürəkdən təşəkkür edirəm. Nə yaxşı ki, siz varsınız Oleq Andreyeviç və bizi unutmursunuz.
Arazinfo.com