Kiprin xarici işlər naziri Qarabağı “qədim erməni ərazisi” hesab edır

0
618
 

Kiprin Xarici İşlər Nazirliyinin başçısı İoannis Kusulides Qarabağı ermənilərin tarixi ərazisi adlandırıb. Bunu o, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşündə bildirib.

İnformasiyaya əsasən, görüşün gedişatında tərəflər ikitərəfli münasibətlərin dərinləşməsi, erməni icmasının rolu və müdafiə sferasında əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Şimali Kipr və Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı, İoannis Kusulides bildirib ki, “bunları müqayisə etmək səhvdir, çünki Şimali Kiprdən fərqli olaraq, Türkiyə tərəfindən işğal edilmiş Artsax ermənilərin tarixi ərazisidir”.

BIR CAVAB BURAXIN