Bu gün günorta saatlarında Kerçdəki Politexnik Kollecində dəhşətli partlayış baş verib.
Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 15 nəfər həlak olub, 50 nəfər yaralanıb. Partlayışın günorta vaxtı tələbələr kollecin yeməkxanasında yemək yeyərkən baş verməsi nəticəsində ölənlərin sayının daha da artacağı istisan edilmir. Məsələ ilə bağlı açıqlama verən Rusiya Daxili İşlər Nazırliyi baş verən hadisənin terror akti olduğunu bəyan edib. Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır və hadisənin təfərrüatları öyrənilir.