Kemerovoda iki nəfər donaraq ölüb

0
546

Rusiyanın Sibir hissəsində tüğyan edən dəhşətli soyuqlar iki nəfərin donaraq ölməsinə səbəb olub.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kemerovada dəhşətli soyuqlar nəticəsində gün ərzində 22nəfər donvurma ilə bağlı vilayət Səhiyyə Mərkəzinə müraciət edib. Onlardan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Kemerovo Səhiyyə Mərkəzinin məlumatına görə, 50 dərəcədən yuxarı şaxtalar nəticəsində donvurmadan zərər çəkənlərin sayı artmaqda davam edir: “Yurqe və Kemerovo şəhərlərində iki nəfər donvurmadan ölüb. Həkimlərimiizn səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmadı. Gün ərzində donvurmadan bizə müraciət edən 22 nəfərə isə tibbi yardım göstərmişik”.

Öz növbəsində Rusiya Fövqəladə Hallar Nazirliyi Sibirin 4 regionunda dəhşətli şaxtaların hələ bir müddət davam edəcəyi, havanın temperaturunin mənfi 55-60 dərəcəyə qədər düşə biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.