Moskvanın “Spartak” futbol klubunun baş məşqçisi Massimo Karrera tutduğu vəzifəsindən azad edilib.
Mediainfo.az-ın russian.rt.com-a istinadən verdiyi məlumata görə, bununla bağlı qərar bu gün səhər Direktorlar Şurası tərəfindən qəbul edilib. Hələlik baş məşqçi postu müvəqqəti olaraq Raul Riançoya tapşırılıb.
Xatırladaq ki, italiyalı futbol mütəxəssisi 2016-cı ildən “Spartak”ı çalışdırırdı. Onun rəhbərliyi altında “Spartak” son 15 ildə ilk dəfə Rusiya çempionu titulunu qazana bilmişdi. Bu mövsüm “Spartak” 11 oyundan sonra 18 xalla turnir cədbəlinin 8-ci pilləsində qərarlaşıb. “Spartak 5 oyunda qalib gəlib, 3 oyunda məğlub olub, 3 oyunda isə meydandan sülhlə ayrılıb