Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çox böyük alimdir.
Bu sözləriVestikavkaza.ru saytına müsahibəsində Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının akademiki, orta əsrlər üzrə çox məşhur alim Sergey Pavloviç Karpov deyib.
Karpovun sözlərinə görə, MDU AMEA-nın elmi institutları, o cümlədən Tarix İnstitutunun direktoru Yaqub Mahmudovla sıx əməkdaşlıq edir. O, MDU müəllimlərinin Bakıda da fəaliyyət göstərdiyini bildirib.
Xatırladaq ki, Y.Mahmudov 1989-cu ildə MDU-nun Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərkən də Karpov tərəfindən yüksək qiymətləndirilmişdi. Rusiyalı alim bu tədqiqatın Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin Azərbaycan dövlətləri olduğunu sübut etdiyini qeyd edib.