Sky News xəbər verir ki, Kim Kardaşyanın “9 milyon avroluq üzyünün” qarət olunması ilə əlaqədar həbs olunmuş 17 nəfərin arasında teleulduzun şəxsi sürücüsü də var.
Oğurluqdan az əvvəl Parisdə Kim Kardaşyan məhz bu sürücünün idarə etdiyi maşında gəzib.
Qarət zamanı realiti şou ulduzunun əl-qolunun bağlandığı və başına tapança sıxıldığı xəbər verilmişdi.
Xanım Kardaşyanın vanna otağında saxlandığı müddətdə maskalı qarətçilər onun bahalı zinət əşyalarını oğurlamışdılar.
Fransa polisi bildirir ki, həbs edilənlərdən içində qiyməti 4 milyon avro olan üzük və ümümi qiyməti 5-6 milyon avro olan başqa zinət əşyaları olan qutu tapılıb.
Ümumilikdə Fransa boyunca keçirilən reyddə bu qarətlə əlaqədar 40-60 yaşları arasında 17 nəfər həbs olunub.
Fransa mediası yazır ki, qarətçilərin barmaq izləri Kardaşyanın əl-qolunu bağlamaq üçün istifadə edilmiş yapışqanlı lentdən götürülüb.
Qarətdə şübhəli bilinənlərin ən yaşlısının 72 yaşı var. Həbs edilənlərdən üçü qadındır.
Reydlər zamanı həmçinin ümumi dəyəri 140 min avro olan silah-sursat aşkar edilib.
Polis mənbələrindən alınmış xəbərlərdə deyilir ki, Kardaşyanın sürücüsünün qarətçilər üçün əsas informator olub-olmadığı araşdırılır.
Kim Kardaşyanın fransız vəkili Jean Veil deyib ki, teleulduz Fransa xalqından və polisindən məmnun qalıb.