Kanadadan azərbaycanlıların deportasiyası davam edir

0
690
169 azərbaycanlı deportasiya edildi
1995-2016-cı illərdə 169 Azərbaycan vətəndaşı Kanadadan deportasiya edilib.

Kanadanın Sərhəd Xidmətləri Agentliyi bu barədə məlumat verib.

Məlumata görə, son 21 ildə bu ölkədən Azərbaycan vətəndaşlarının çıxarılması faktları ən çox 2002-ci ildə qeydə alınıb. Həmin il 17 nəfər Kanadadan deportasiya edilib. 2016-cı ildə isə 8 nəfər ölkədən çıxarılıb.

Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Nazirliyindən isə bildirilib ki, 2007-2016-cı illərdə Azərbaycan vətəndaşları tərəfindən Kanadanın xarici ölkələrdəki səfirliklərinə müvəqqəti yaşayış vizası üzrə 6370 ərizə təqdim olunub. Həmin 6370 ərizədən 6356-ı barədə qərar qəbul olunub. Onlardan 4012 nəfərin müraciıtinə müsbət cavab verilib, 2252 nəfərə isə viza verilməkdən imtina edilib. 92 nəfər ərizəsini geri götürüb.

Son on ildə Kanadaya getmək üçün ən çox müraciət ötən il olunub. 2016-cı ildə konsulluq şöbələri Azərbaycan vətəndaşlarının 1430 ərizəsinə baxıb. Onlardan 695 nəfərə müsbət cavab verilib, 724 vətəndaş rədd cavabı alıb, 11 nəfər isə ərizəsini geri götürüb.

BIR CAVAB BURAXIN