Kanada və Rusiya arasında münasibətlər bərpa olunur – Krım yaddan çıxır…

0
677

11

Kanada və Rusiya arasında ikitərəfli əməkdaşlığın barpası prosesi artıq başlanıb. İki ölkə arasında əməkdaşlıq 2014-cü ildə Ukraynadakı münaqişə səbəbilə əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı.

Bu fikri jurnalistlərlə söhbətində Kanadanın paytaxtındakı Karlton universitetinin professoru Pyotr Dutkeviç səsləndirib. Ötən cümə axşamı o, Ottavada «Rusiya-Kanada dialoqu və Arktikada əməkdaşlıq» mövzusunda keçirilən konfransın işində iştirak edib.

Bundan əvvəlki analoji forum 2011-ci ildə keçirilib. Bu dəfə tədbirin təşkil olunmasında Kanada və Rusiyanın xarici işlər nazirlikləri də iştirak edib. «Bu, özlüyündə bir hadisədir»- deyə, Dutkeviç qeyd edib.

Onun fikrincə forum «gələcək əməkdaşlığı genişləndirmək istiqamətində, amma təkcə Arktikada yox, həm də digər sahələrdə, məsələn, terrorçuluq və təzlükəsizlik məsələlərində» Moskva və Ottavanın xoş niyyətini ortaya qoyur.
Professor diqqəti belə bir məsələyə yönəldib ki, Kanada Xarici işlər nazirliyinin (XİN) baş direktoru Elison Lekler konfransın işində iştirak edir və dekabrın əvvəlində «konkret danışıqlar aparmaq üçün» Moskvaya uçacaq.

Beləliklə, açıq-aşkar görsənir ki, Krımın ilhaqı məsələsi yavaş-yavaş qərb ölkələrinin «yadından çıxır»…

Azpolitika.info

BIR CAVAB BURAXIN