Kanada Ukraynadakı prezident seçkilərinə 24 milyon dollar ayırıb

0
720
International Trade Minister Chrystia Freeland answers a question during Question Period in the House of Commons in Ottawa, on Monday, Dec. 7, 2015. THE CANADIAN PRESS/Sean Kilpatrick

Kanada Ukraynada prezident seçkilərinin keçirilməsi üçün 24 milyon dollar ayırıb.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Xarici işlər naziri Xrista Friland mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, məqsəd gələn ilin mart ayının 31-də keçiriləcək prezident seçkilərində daha çox ictimai təşkilatların və qadınların iştirak etməsinə yardım etməkdir: “Kanada hökuməti Ukraynada prezident seçkilərinin keçirilməsinə 24 milyon dollar ayırıb. Məqsəd seçkilərdə ictimai təşkilatların və qadınların daha fəal iştirak etməsinə yardım etməkdir”.

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, preident seçkilərinin keçirilməsi Ukraynaya 2,36 milyard qrivenə (indiki kursla 84,3 milyondollar) başa gələcək.