Kaliforniya qubernatoru Cerri Braun ermənilər tərəfündən təəssüflə qarşılanan addım atıb. “Arazinfo”nun“Yeniavaz.com”-a istinadən verdiyi məlumata görə, qubernator 1982-ci ildə Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Kemal Arıkana qarşı terror hərəkətinə baş vuraraq onu öldürən Ambik Sasunyanı bağışlamaqdan imtina edib. Xatırladaq ki, Livan ermənisi olan Ambik Sasunyan türkiyəli diplomata qarşı sui-qəsd həyata keçirərək öldürdüyünə görə 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. 2016-cı ilin dekabr ayında Kaliforniya ştat şurası erməni terrorçunun vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edərək onu qubernator Cerri Brauna göndərib. Lakin Braun Sasunyanın hələ də cəmiyyət üçün təhlükə hesab etdiyini bildirərək onu əfv etməkdən imtina edib. Halbuki Braun ermənilərin dostu hesab edilirdi və o dəfələrlə 1915-ci ildə baş verənləri soyqırım adlandırmışdı.