Kadırov ordusuz qalıb

0
681
 

Ramzan Kadırov

“Kadırovçular” kimi tanınan hissələr Milli Qvardiyaya birləşdirilib

Rusiya preidenti Vladimir Putin-in 5 aprel sərəncamı ilə yaradılmış Federal milli qvardiya qoşunları Xidmətinin (Rosqvardiya) formalaşdırılması tam sürətlə davam edir.

Bunun Çeçenistana birbaşa aidiyyatı var. Bu respublikada “kadırovçular” kimi tanınan ayrıca hissələr fəaliyyət göstərir. Respublika Daxili İşlər Nazirliyi hissələrinin Rusiya Milli Qvardiyasına birləşdirilməsi prosesinin başa çatması xəbəriÇeçenistan cəmiyyətində böyük maraqla qarşılanıb.

Bir mərhələ başa çatıb?

Ancaq əslində, prosesin yalnız bir mərhələsi bitib. Onun tam yekunlaşması 2017-ci ilin sonuna planlaşdırılıb.

İndi Çeçenistan respublikasının DİN strukturlarından “Rosqvardiya”ya 5 min 300 yerli polis əməkdaşı keçib. Müxtəlif hissələrin “Rosqvardiya”ya birləşdirilməsindən sonra polisdə 11 min nəfərin qalacağı gözlənilir. Rusiya Federasiyasının hər yerindən Çeçenistana ezam olunan polislər bu saya daxil deyillər. Onların ümumi sayı iki min civarındadır.

Qroznı ,Vladimir Putin (sol) Milli Qvardiya əsgərləri görüşür, 20 dekabr 2011

Qroznı ,Vladimir Putin (sol) Milli Qvardiya əsgərləri görüşür, 20 dekabr 2011

“Qafqaz qovşağı” xəbər verir ki, respublika OMON-u (xüsusi təyinatlı polis dəstəsi), Mühafizə İdarəsi, xüsusi təyinatlı aviasiya dəstəsi və lisenziya-icazə işləri bölməsi tamamilə “Rosqvardiya”nın tərkibinə keçib.

Daha bir maraqlı məqam

Maraqlı məqamlardan biri də odur ki, “Sever”, “Yuq” və “Terek” kimi tanınan xüsusi təyinatlı hissələr də artıq “Rosqvardiya”nın tərkibindədir. “Terek” Ramzan Kadyrova ən sadiq hissə sayılırdı. Bu dəstənin komandiri Abuzayd Vismuradov Çeçenistan rəhbərinə ən sadiq adamlardan biridir.”Terek”dəkilərin toplam sayı 1200 nəfərə yaxındır.

“Sever” və “Yuq” kimi tanınan birləşmələrin hərəsində 700 döyüşçü var. Çeçenistan respublikasında DİNxüsusi hissələrinin ümumi sayı, müxtəlf məlumatlara görə, 6 mindən 10 min nəfərədəkdir. Rəqəmlər dəqiq deyil. Məsələn, 2014-cü ilin dekabrında Kadyrov öz komandanlığı altında 2 min xüsusi hissə könüllüsünün olduğunu bildirmişdi. O demişdi ki, ölkənin ali baş komandanı da onlara güvənə bilər.

Delimxanov qardaşları

Ramzan Kadırov (sol) və Adam Delimkhanov, 12 dekabr 2013

Ramzan Kadırov (sol) və Adam Delimxanov, 12 dekabr 2013

“Rosqvardiya”nın rəhbəri Viktor Zolotov Şarip Delimxanovu Rusiya Federasiyası Federal Milli Qvardiya Xidməti Çeçenistan İdarəsinin rəisi təyin edib. Delimxanov Dövlət Dumasının Çeçenistandan seçilmiş deputatı Adam Delimxanovun kiçik qardaşıdır.

Deputatın digər qardaşı Alibek Delimxanovsa əvvəllər Rusiya DİN nəzdində daxili qoşunların “Sever” xüsusi təyinatlı batalyonunun komandiri olub. O, hazırda Rusiya DİN daxili qoşunlarının Çeçenistanda dislokasiya olunan 46-cı briqadası komandirinin müavinidir.

Bu dəstələr rəsmən kimə tabe olsa da, Çeçenistan rəhbərinə sadiq qalacaqları düşünülür.

Yeni strukturun Kadırovla münasibətlərinin necə qurulacağı 2017-ci ilin sonlarınadək bilinəcək.

BIR CAVAB BURAXIN