Kayzer Tufayl
Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan kommodoru, Pakistan Hərbi Hava Qüvvələrinin istifadəsi üzrə keçmiş direktor, pakistanlı hərbi ekspert
Xüsusi olaraq Ordu.az üçün
Azərbaycan və Pakistan ən geniş məsələlər dairəsi üzrə sıx əməkdaşlığı davam etdirirlər və ölkələrin nümayəndələri, o cümlədən yüksək rütbəli hərbçiləri arasında imzalanan çoxsaylı müqavilələr bunu sübut edir. Heç kim üçün sirr deyil ki, Pakistan Azərbaycana hərbi-texniki dəstək göstərir. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq düşmənlərimizə Azərbaycan və Pakistanın gələcəkdə baş verəcək istənilən münaqişədə bir-birini dəstəkləyəcəyini xatırlatmalıdır.
İndi isə bilavasitə hazırki materialın mahiyyətinə keçək. Bakıda keçirilən ADEX-2016 sərgisində Pakistan JF-17 “Thunder” qırıcısını təqdim edib. Bu günlərdən Azərbaycan və Pakistanın 2019-cu ildə JF-17 (“Block 3” modifikasiyası) qırıcı-bombardmançılarının təchizatı üzrə müqavilə imzalaya biləcəkləri bəlli olub. Bu barədə Azərbaycan KİV-lərinə “Pakistan Aeronautical Complex” (PAC, Pakistan Aeronaviqasiya Kompleksi) şirkətinin nümayəndəsi məlumat verib. Tamamilə aydındır ki, JF-17 “Thunder” Azərbaycan səmasında tam təhlükəsizliyi təmin edəcək.
Demək lazımdır ki, bu, qeyd edilən təyyarənin ən müasir versiyasıdır və bu gün Azərbaycan da daxil olmaqla artıq bir neçə ölkə ona yüksək maraq göstərir. Həmçinin Azərbaycanın artıq PAC-da istehsal olunan “Super Mushshak” tədris-tməşq təyyarəlrəinin ilk partiasını aldığını da qeyd etmək olar.
JF-17 qırıcısı Pakistan tərəfindən Çinin “Chengdy” aviasiya sənayesi şirkəti ilə 50/50 faiz nisbətində istehsal edilir. Bu qırıcı bütün müasir tələblərə cavab verir və müasir və güclü ordunun əsasını formalaşdırmağa qadirdir. Bu qırıcı Pakisan Silahlı Qüvvələrinin 5 qırıcı eskadrilyasının silahlanmasına qəbul edilib. O, köhnə F-7 (MiQ-21-in versiyası) və “Mirage III/S qırıcılarını əvəz edib.
JF-17 geniş istifadə imkanlarına malikdir. “Block 3” konfiqurasuyasının mühüm xüsusiyyəti onda “Active Electronically Scaned Array” (AESA) radar sisteminin quraşdırılmasıdır. Bu isə onu rəqibin hava hücumundan müdafiə sistemləri üçün praktiki olaraq əlçatmaz edir. AESA radarına əlavə olaraq təyyarənin bu versiyası dəbilqədə (MHD/S) quraşdırılan displey və nişangahla təchiz edilib, bu isə təyyarənin idarəetməsi və hava döyüşünün aparılmasını xeyli asanlaşdırır.