İtaliyadakı zəlzələ zamanı onlarla insan yaralanıb

0
678

İtaliyadakı zəlzələ zamanı onlarla insan yaralanıb

Bu gün səhər İtaliyada baş vermiş güclü zəlzələ nəticəsində onlarla insan yaralanıb.

“Report” bildirir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Fabrisio Kurço məlumat verib.

“Zəlzələ zamanı ölən olmayıb. Amma bizə onlarla insanın xəsarət alması barədə məlumat daxil olub. Onlardan birinin vəziyyəti ağırdır. Lakin hər şeyi yoxlamaq üçün vaxt lazımdır” – deyə o bildirib.

Qeyd edək ki, zəlzələ həmçinin çoxsaylı dağıntılara səbəb olub. Təbii fəlakət bir sıra yaşayış məntəqələrində binaların ziyan çəkməsi və dağıntılarla nəticələnib.

Bununla yanaşı, Roma metrosu da müvəqqəti olaraq sərnişinlərin üzünə bağlanıb. Yeraltı təkanlardan təlaşa düşmüş sakinlərin bəziləri mənzillərini tərk ediblər.

İtaliyanın Mülki Müdafiə Milli Xidmətinin məlumatına görə, təbii fəlakət zamanı ölənlər və ya yaralananlar qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:41-də İtaliyada 6,7 ballıq (bəzi məlumatlara görə 7,1 bal) zəlzələ baş verib. Zəlzələdən sonrakı 20 dəqiqə ərzində 4,1 və 4,6 bal gücündə daha 2 yeraltı təkan qeydə alınıb.

Yeraltı təkanlar ölkənin hər yerində, o cümlədən paytaxt Romada hiss edilib.

*   *   *12:12

Sputniknews bildirir ki, Roma sakinlərini bu səhər qorxuya salan güclü zəlzələ Norsiyadakı Sent-Benedikt kilsəsinin bir divarını uçurub.

*   *   *11:39

Oktyabrın 30-da yerli vaxtla saat 7:41-də (Bakı vaxtı ilə 10:41) İtaliyanın mərkəzi hissəsində güclü zəlzələ baş verib.

RİA Novosti agentliyi bildirir ki, İtaliyanın yerli RAI TV kanalının məlumatına görə, zəlzələnin maqnitudası 7,1 bal olub.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında isə zəlzələnin ocağının 10 km dərinlikdə yerləşdiyi, yeraltı təkanların gücünün isə 6,6 bal olduğu qeyd olunur.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

Virtualaz.org xatırladır ki, bu, İtaliyada son günlər qeydə alınan 3-cü güclü zəlzələdir.

BIR CAVAB BURAXIN