“İstefa? Mən yalnız ölümdən qorxuram” – Dunqa

0
709

“Görülən bütün işlər bir epizodla məhv oldu. Mən və futbolçularım vəziyyəti dəyişə bilməz. Çünki bütün dünya bunu gördü”. Apasport.az saytının məlumatına görə, bunu Braziliya millisinin baş məşqçisi Karlos Dunqa deyib.

 

Amerika Kuboku – 2016-nın qrup mərhələsinin son matçında Peruya (0:1) məğlub olan “pentakampeonlar” növbəti mərhələyə vəsiqə qazana bilməyib və mübarizəni dayandırıblar.

 

Qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bildirən Dunqa istefa vermək fikrində olmadığını vurğulayıb: “İstefa? Mən yalnız ölümdən qorxuram. Başqa heç nə məni narahat etmir. Bu bir işdi. Dünya çempionatından sonra millidə müəyyən dəyişikliklər etdik. Almaniyada bu dəyişiklik 14 ilə öz müsbət təsirini verməyə başladı. Ancaq Braziliyada istəyirlər ki, yarım saata və ya yarım ilə problemlər həllini tapsın. Biz problemlərimizi mətanətli qalaraq yoluna qoyacağıq”.

BIR CAVAB BURAXIN