İstanbulda partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir. Bu barədə TRT Haber məlumat yayıb. Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumta görə, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
* * *
İstanbulda törədilən terror aktı nəticəsində 11 nəfər şəhid olub, 36 nəfər isə yaralanıb. “AzPolitika.info”nun məlumatına görə, bu barədə İstanbul valisi məlumat verib. Ölənlərdən 7-si polis, 4-ü sıravi vətəndaşdı.
Terror aktının bomba dolu avtomobilin polis maşını keşən zaman həyata keçirildiyi bildirilir. Park olunmuş avtomobilin partladılmasından sonra eyni yerdə ikinci partlayış səsi eşidilib.
Qeyd edək ki, partlayış turistlərin cox olduğu bölgədə törədilib. Yaralananlardan birinin Azərbaycandan olduğu bildirilir.