-
Fotonun müəllifiAFPImage caption
Türkiyə polisi geniş axtarış tədbirləri nəticəsində İstanbulda Yeni İl gecəsi Reina klubuna hücumda əsas şübhəli bilinən şəxsi həbs edib.
Abdulkadir Maşaripov hücum zamanı 39 nəfəri güllələməkdə ittiham olunur.
Milliyətcə özbək olan şəxsin İstanbulun Esenyurt rayonunda yaxalandığı deyilir.
Hücum zamanı İsrail, Fransa, Tunis, Livan, Hindistan, Belçika, İordaniya və Səudiyyə Ərəbistanı vətəndaşları həlak olub və onlarla insan yaralanıb.
Özünü İslam Dövləti (İD) adlandıran qrup, Türkiyənin Suriyada hərbi iştirakının əvəzi olaraq, hücumun arxasında olduğunu deyib.
Hücumçü kluba taksi ilə gəlib, avtomobilin arxasından silahə götürərək kluba girib.
O, Yeni il bayramını qeyd edən insanlara təsadüfi atəş açıb.
Böyük yüngüllük
BBC müxbiri Mark Lowen İstanbuldan xəbər verir
Bu, polisin nəhəng axtarışlarının kulminasiya nöqtəsi idi: İstanbul yaxınlığında Esenyurt-a reyd nəticəsində Reina hücumunda şübhəli, özbək Abdulkadir Maşaripov yaxalandı.
Paylaşılan fotolarda boz mayka geyinmiş bu şəxsin boğazından tutulduğu və və üzünün ağır yaralandığı görünür.
Şübhəlinin Türkiyədən İD-in nəzarəti altında olan ərazilərə qaçmasına dair narahatlıqlar var idi.
Türkiyə hakimiyyəti onun saxlanılması ilə böyük yüngüllük hiss edəcək, hərçənd onlar üçün daha böyük mübarizə bu ölkənin təhlükəsizliyini təmin etmək və Türkiyədə terror dalğasının qarşısını almaq bir addım öncə olmaqdır.
Məlumatlara görə, polis bu şəxsi qırğız dostunun evində, 4 yaşlı oğlu ilə birgə tapıb. Media yazır ki, şübhəlinin dostu və daha 3 qadın da saxlanıb.
Hürriyet qəzeti yazır ki, polis idarəsinə aparılmazdan öncə həkim müayinəsindən keçiriləcək.
- Özbəkistandan olan şübhəli, məlumatlara görə, 2016-ci ilin əvvəllərində ailəsi ilə Konyaya gəlib
- Onun Əbu Muhammed Horasani kimi də tanındığı deyilir.
- Türkiyə mətbuatına İD üzvü kimi təsvir edilir