Xalq artisti Aygün Kazımova sosial şəbəkədə onu tənqid edənlərə cavab verib.
Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, mənfi rəylərə fikir vermir.
A.Kazımova heç bir təhqirə görə şərh yerini bağlamayacağını söyləyib:
“Şərhləri bağlamayacam. Ürəyiniz istədiyi qədər söyün, təhqir edin, səhvlər tutun. Bir sözlə neqativlərinizi, streslərinizi atın. Canlarım mənim, mənə xoşdur. Təki sizə bir balaca da olsa, xoş olsun”.