“Hizbullah” İsraillə müharibəyə hazırlıq üçün Suriyadakı vətəndaş müharibəsindən istifadə edir”.
Bu haqda “The Washington Times” nəşrinin siyasi müşahidəçisi L.Todd Vud yazıb.
Siyasi müşahidəçi hesab edir ki, “Hizbullah” İranın əlindəki oyuncaq quru hərbi gücü kimi qalmaqda davam edir. Onun fikrincə, daha əvvəllər kiçik hərbi əməliyyatlarda ixtisaslaşan təşkilat irimiqyaslı və mobil müharibənin aparılması üçün böyük təcrübə əldə edib.
“Hizbullah”ın yəhudi dövləti ilə qaçılmaz münaqişəyə hazırlıq üçün vətəndaş müharibəsindən istifadə etməsi əlamətləri mövcuddur. “Hizbullah” qüvvələri İsrail sərhədinin yaxınlığında, Colan hündürlüklərində yerləşdirilir. Əgər Əsəd hakimiyyətdə qalmağı bacararsa, onda ehtimal ki, Colan hündürlükləri üzərində nəzarəti İrana və “Hizbullah”a güzəştə getmək lazım olacaq”, – Vud hesab edir.
O, qeyd edir ki, Rusiya kəşfiyyat məlumatlarına əvəz olaraq Suriyadakı silah arsenalının əhəmiyyətli hissəsini “Hizbullah”a verib. Müəllif hesab edir ki, Bəşər Əsəd hakimiyyətdə qalmasına əvəz olaraq İrana İsraili məhv etmək üçün vəd verə bilər.
Publika.az