İsrail-Livan münasibətləri müharibə həddinə çatıb

0
917

İsraillə Livan arasındakı münasibətlərdəki gərginlik son həddə çatıb.

Arazinfo-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İsrail Livanla sərhədə böyük həcmdə ordu toplayıb və iki ölkə arasında hər an yeni müharibə başlaya bilər.

Öz növbəsində Livan bildirib ki, İsraillə ehtimal edilən toquşmalara hazırdır və ordu sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. İki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb “Hizbullah”-ın İsraillə sərhəddə tunellər qazması və bu yolla qarşı tərəfi terrorla təhdid etməsidir.

 

 

 

“Ordu bölmələri… cənub regionunda sabitliyin qorunması və istənilən təxribatın qarşısının alınması məqsədi ilə BMT müvəqqəti qüvvələri ilə əlaqəli şəkildə öz vəzifələrini yerinə yetirir. Komandanlıq qeyd edib ki, ordu istənilən fövqəladə vəziyyətə hazırdır”, — deyə məlumatda bildirilir.

Bundan əvvəl Livan hərbçiləri oğurlanmış 27 Suriya vətəndaşını xilas ediblər.