İsrail hökuməti orduya İrana və Suriyaya qarşı hərəkətə keçmək barədə göstəriş verib

0
592

İsrailin Təhlükəsizlik məsələləri üzrə hərbi-siyasi kabineti Müdafiə nazirliyinə İranın Suriyada möhkəmlənməsinə qarşı sərt tədbirlər həyata keçirmək barədə göstəriş verib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə İsrail hökuməti Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir. Sənəddə qeyd edilir ki, İsrail İrana qarşı Suriyada keçirəcəyi əməliyyatlar zamanı Rusiyanı bu barədə xəbərdar etməlidir. Məlumatda həmçinin Rusiyaya məxsus “İl-20” təyyarəsinin vurulmasına və onun heytənin həlak olmasına görə İsrail  hökumətinin kədərləndiyi bildirilir və buna səbəbin Suriya rəsmilərinin məsuliyyətsiz hərəkətlərinin olduğu vurğulanır.

 

 

BIR CAVAB BURAXIN