İsrail Hərbi-Hava Qüvvələri atılan raketlərə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağının şimalında yerləşən təlim düşərgəsinə zərbə endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun “Twitter” hesabında bildirilib.
Bundan əvvəl İsrail ərazisinin Qəzza zolağı istiqamətindən raket atəşinə tutulduğu bildirilmişdi.