
“Meksika İsrailin dostudur və onun baş nazir bu cür rəftar etməlidir”.
Strateq.az xəbər verir ki, Meksika hökuməti ABŞ-Meksika sərhədində divar hörülməsinə İsrail baş naziri B.Netanyahunun dəstək “tweet”inə məhz bu cür təpki verib.
Xarici İşlər Nazirliyinin katibi Luis Videqaray məsələ ilə bağlı bildirib: “Sərhəd divarının tikintisi haqqında baş nazir Netanyahunun “tvit” ilə bağlı Xarici İşlər Nazirliyi Meksikadakı səfir vasitəsilə İsrail hökumətinə dərin təəccüb, qıcıq və məyusluğunu ifadə edib”.
L.Videqaray əlavə edib: “Meksika İsrailin dostudur və onun baş nazir də bu cür rəftar etməlidir”.
Xatırladaq ki, B.Netanyahu ABŞ prezidentinin Meksika ilə sərhəddə divar ucaltmaq niyyətinə bu cür mövqe bildirib: “Prezident Tramp haqlıdır. Mən İsrailin cənub sərhədi boyu divar inşa etmişəm. Bu, bütün qanunsuz miqrasiyaların qarşısını aldı. Böyük uğurlar diləyirəm. Əla fikirdir”.