Bu gün gecə İsrail ordusu yenidən Suriyaya zərbə endirib.
“Əl Mayadin” zərbənin Dəməşq yaxınlığında yerləşən Camraya rayonuna endirildiyini bildirib.
İsrailin vurduğu ərazidə Suriya hökumətinin tabeliyində olan elmi-tədqiqat mərkəzlərindən birinin yerləşdiyi vurğulanıb. Bu əraziyə 6 raket endirilib ki, onun da üçü Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib.axar.az