Rusiyalı müğənni, “t.A.t.u” qrupunun eks-üzvü Yuliya Volkova yenidən xristian dininə sitayiş etməyə başlayıb.
“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, 2007-ci ildə biznesmen Pərviz Yasinova ərə gedən sənətçi islam dinini qəbul etmişdi. Cütlüyün toyu Dubayda məscidlərdən birində müsəlman adət-ənənəsinə uyğun keçirilmişdi. Samir adlı oğulları olan cütlük 2010-cu ildə boşanmışdı.
Ərindən ayrılan Yuliya yenidən xristian dininə qayıdıb. O, İnstaqram hesabında kilsədə çəkilmiş fotosunu paylaşaraq “Məni hər şeyə görə bağışlayın. Qəlbən sizinləyəm” şərhini yazıb.