İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Madani istefa verib.
Bu barədə “Əl-Arabiyyə” telekanalı məlumat yayıb.
Bir çox müşahidəçilər Madaninin gedişini onun bu yaxınlarda Misir prezidenti Əbdül Fəttah əs-Sisinin ünvanına səsləndirdiyi zarafat ilə əlaqələndirirlər. Bu zarafat bir çox ərəb ölkələrində böyük narazılığa səbəb olmuşdu.