İşıqpulunun qalxmasının əsl səbəbi

0
651

“Kommunal xidmət göstərən qurumlarda şəffaflıq yoxdur. İmkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir. Bu isə elektrik enerjisinin qalxmasına səbəb olan amillərdən biridir”.

“Həmin pulu da əhalidən çıxırlar. Bu problemlər həll olunmayınca, qiymətlər qalxmaqda davam edəcək.”

Bunu ANS PRESS-ə iqtisadçı-ekspert Samir Əliyev bu gündən elektrik enerjisinin qiymətinin artmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, növbəti qiymət artımı nəqliyyat sistemində olacaq.

“Böhran dünya bazarında neftin ucuzlaşması, büdcə xərclərinin azalması səbəbindən elektrik enerjisinin qiymətinin qalxması gözlənilən idi. Çünki kommunal sektorda infrastrukturun qurulması üçün hər il dövlət büdcəsindən milyonlarla manat pul xərclənirdi. Son illərdə bu istiqamətdə milyarddan çox pul xərclənib. Artıq bu pul getdikcə azalır”, – Samir Əliyev deyib.

Ekspert iddia edir ki, kommunal xidmət göstərən qurumlarda şəffaflıq yoxdur. O deyir ki, imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir:

“Kommunal xidmət göstərən qurumların hər biri ayrı-ayrılıqda belə bir fikir səsləndirirdilər ki, istehsal etdikləri məhsulun maya dəyəri onun satış qiymətindən bahadır. Amma bu məsələ ilə bağlı suallar var. Əvvəla, şəffaflıq yoxdur. Biz haradan bilək ki, həqiqətən məhsulun maya dəyəri baha başa gəlir, bu məsələdə şişirtmə yoxdur? İkincisi, işçilərin çoxluğu qiymətə təsir edir. Bir nəfərin görməli olduğu işi 3-4 nəfər görürsə, təbii ki, bu, maya dəyərinə təsir edəcək. Üçüncüsü, istər su, istərsə də qaz, işıqpullarının ödənişlərində müşahidə edirik ki, daha çox adi vətəndaşlar ödənişi həyata keçirir. Amma imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir. Həmin pulu da əhalidən çıxırlar. Bu problemlər həll olunmayınca, qiymətlər qalxmaqda davam edəcək. Düşünürəm ki, bu artım digər qiymətlərə də təsir edəcək”.

İqtisadçının sözlərinə görə, artım 1 qəpik də olsa ümumi götürəndə bu, 16-17 faiz deməkdir:

“Növbəti artımlardan birinin nəqliyyat sektoru ilə bağlı olacağını istisna etmirəm. Bu, gözləniləndir, amma konkret vaxtını deyə bilmərəm. Artım bir qəpik olsa da ümumi götürəndə bu, 16-17 faiz deməkdir”.

Azərbaycanda elektrik enerjisinin qiymətləri artmalı deyil. Əksinə qiymətlərin endirilməsində imkanlar var idi”.

Bunu ANS TV-nin xəbərçi proqramının qonağı olan iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Ekspert elektrik enerjisinin endirim səbəbini belə izah edib:

“Elektrik enerjisinin istehsalında istifadə olunan əsas xammal qazdır. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması eyni zamanda qazın qiymətinin düşməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, qaz da daxili istehsal məhsuludur elekrtik enerjisinin istehsalı üçün yerli istehsal olan qazdan istifadə edirik. Bu da elekrtik enerjisinin ucuzlaşmasına şərait yaratmalı idi. Lakin bu baş vermədi”.

Ekspert hesab edir ki, elektrik enerjisi yalnız dövlət rayon elektrik stansiyalarında istehsal olunmalı deyil. Onun sözlərinə görə, kiçik su elektrik stansiyaları da qurulmalı idi. Q.İbadoğlu deyir ki, Alternativ enerjilərdən – külək, günəş enerjisindən istifadə edərək qiymətlərin daha da aşağı salınmasına gətirib çıxarıla bilərdi.

“Bundan başqa, elekrtik enerjisini istehsal edən və paylayan şirkətlər “Azərişıq” və “Azərenerji” şəfaf fəaliyyət göstərməlidir. Maliyyə hesabatlarını mütəmadi açıqlamalıdırlar. Bunu isə bir dəfə də olsun görməmişəm”, – ekspert bildirib.

Azərbaycanda elektrik enerjisinin qiyməti artırılıb. Tarif Şurasının iclasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 1 qəpik artaraq 7 qəpik müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl elektrik enercisinin pərakəndə satış tarifi 6 qəpik olub. Yeni tariflər 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

 

Azərbaycanda elektrik enerjisinin qiyməti artırılıb. Tarif Şurasının iclasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 1 qəpik artaraq 7 qəpik müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl elektrik enercisinin pərakəndə satış tarifi 6 qəpik olub. Yeni tariflər 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

Bu gün Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuranın Katibliyindən ANS PRESS-ə verilən məlumata görə, iclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılmış, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.

Bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilmişdir. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur.

Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik (əvvəl 6 qəpik) müəyyən edilib.

Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir.

Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan verəcək.

Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcəkdir. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

BIR CAVAB BURAXIN