“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan və pozğunxana kimi ad çıxaran “Bakı Siti” restoranının bağlanmasını tələb edirlər

0
1269

Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədəki “İşıq İnşaat” MTK-nın binasında yaşayan sakinlər Azərbaycan Respublikası Baş Pokuroru Zakir Qaralova,  Daxili İşlər Naziri Ramil Usubova və Bakı şəhər prokuroru İlqar Abbasova müraciət ünvanlayıblar. Sakinlər eyni zamanda Mediainfo.az saytına müraciət edərək bu məsələni işıqlandırmağı xahiş ediblər.

Müraciətdə deyilir ki, “İşıq İnşaat” MTK-ya məxsus 32 və 34-cü bunaları birləşdirən qeyri-yaşayış sahəsi 2017-ci ildən “Melodiya” restoranı adı altında fəaliyyət göstərməyə başlayıb. Bundan sonra bina sakinlərinin rahatlığı yoxa çıxıb. Gecə səhərə kimi restorandan gələn musiqi səsləri, sərxoş müştərilərin söyüş söyməsi, dalaşması, maşınların qulaqbatırıcı siqnalları onların rahatlığını pozub. Sakinlərin dəfələrlə müxtəlif orqanlara müraciətindən sonra 2018-ci ildə “Melodiya” restoranının adı dəyişdirilərək o “Bakı Siti” ailəvi restoranı adı altında yenidən fəaliyyət göstərməyə başlayıb. Amma onun yalnız adı ailəvi olub. Burada yenə də səhərə kimi davam edən musiqi səsləri, sərxoş müştərilərin səs-küyü sakinlərin rahatlığını əllərindən alıb. Sakinlərin sözlərinə görə, “İnfiniti”, “Alibaba, “Maribu”kimi pis ad çıxaran məkanların bağlanmasından sonra onların müştəriləri “Bakı Siti”-yə axışıblar. “Bakı Siti” də baş verənlərlə bağlı sakinlərin şikayəti əsasında “Ezviz” kamerası quraşdırılıb. Nəticədə hər gün “Bakı Siti”də başverənlər qeydə alınıb.Videodan da göründüyü kimi axşam saat 23.00-dan səhər saat 5-6-ya kimi burada qeyri-əxalqi həəkətlərə yol verilir, söyüş, dalaşma, sakinləri narahat edən səs-küy baş verir.

Müraciətdə daha sonra deyilir:  “Sizdən xahiş edirik ki, bizim bu müraciətimizi şəxsi nəzarətinizə götürəsiniz və müraciətimizi araşdıracaq prokurorluq əməkdaşlarına “Bakı Siti” ailəvi restoranının  ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərini, tərəfimizdən  DİN “102” xidmətinə edilmiş müraciətlərin və eləcə də digər dövlət orqanlarına edilən müraciətlərə obyektiv yanaşaraq qanunların aliliyi prinsipinin təmin olunmasını istəyirik. Və ümidvar olmaq istəyirik: Sizin prinspial mövqeyinizin nəticəsi olaraq qonşu Nərimanov rayonu ərazisində oxşar məkanlar “Maribu”, “İnfiniti” və “Alibaba “ kimi  “Bakı Siti” restoranı da o qaydada yoxlanılmaqla fəaliyyətinə son qoyulacaq və bizim yaşayış kompleksinin sakinlərinin gecə pozulmuş istirahət hüquqları bərpa ediləcək.