İsinmək üçün 2 milyon dollar yandırdı-VİDEO

0
853

Dünyanın məşhur narkotik baronu kimi tanınan Pablo Eskobarın itən milyardlarla dollarının izinə düşülüb.

Eskobarın narkotik imperatorluğundan qalmış 69 milyard dollarının hazırda dənizin dibində olduğu güman edilir.

Qeyd edək ki, araşdırmaçılar narkotik ticarətindən böyük sərvət qazanmış Eskobarla bağlı 10 mühüm məqamı qeyd edirlər.

1980-cı illərin ortalarında Eskobar narkotik ticarətindən 22 milyard dollar əldə edib. Bu illərdə mafiya başçısı kokain bazarının 80 faizinə nəzarət edirmiş. 1980-cı illərdə Eskobar qaçaq yollarla Amerikaya ildə 15 ton kokain göndərirmiş.

Bu illərdə ABŞ bazarında narkotik ehtiyacının beşdə dördünü Eskobarın yaratdığı şəbəkə ödəyirmiş.

1980-cı illərin ortalarında Eskobarın fəaliyyəti o qədər genişlənmişdi ki, hər ay bəlli olmayan səbəblərdən 2,1 milyard dollar itirirmiş.

Araşdırmaçılar qeyd edirlər ki, dünyanın ən məşhur narkotik ticarətçisi səfərlərinin birində qızı üşüdüyünə görə 2 milyon dolları sobaya ataraq yandırıb.

Kasıblara daima yardım edən Eskobarın ləqəbi Robin Qud olub. Digər adları isə Don Pablo və El Patron imiş. Ən qəribəsi odur ki, mafiya başçısı cəza çəkdiyi həbsxananı da öz pulu ilə tikdiribmiş.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Pablo Eskobarın Kolumbiyadan Porto Rikaya, daha sonra isə ABŞ-a kokain daşıyarkən istifadə etdiyi marşrutun izinə düşə bilib. Söhbət sualtı dəniz yolu və qayıqlardan gedir.

Bu sualtı yollardan biri Kolumbiya sahillərinə qədər gedib çıxır. Xüsusi qrup bu yolu yoxlamağı vacib hesab edir. Dalğıclar suyun dibinə ensələr də, yalnız bir qutu tapa biliblər. Qutunun içindən isə onları maraqlandıran heç nə çıxmayıb.

Hesab olunur ki, suyun altında hansısa bir liman tapılarsa kokain kralının 69 milyard dollarlıq dəyərində olan yoxa çıxmış sərvətini tapmaq mümkün ola bilər.(teleqraf.com)


Müəllif: Cavad

BIR CAVAB BURAXIN